İsrail aviasiyası 48 saat ərzində Suriya ordusunun strateji arsenallarının əsas hissəsini məhv edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
Bəyanatda iddia olunur ki, son iki gün ərzində İsrail Müdafiə Qüvvələri ( İDF ) Suriyadakı strateji silah arsenallarının əksəriyyətinə zərbələr endirib və bununla da onların terrorçu qruplara çatmasının qarşısını alıb.
İsrail təyyarələri Suriya hava məkanında yüzlərlə 350-dən çox hərbi obyektə hücum edib. Aerodromlar, zenit batareyaları və onlarla silah istehsal edən zavod vurulub. Balistik, qanadlı və zenit raketləri, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, radar stansiyaları, tanklar, anbarlar məhv edilib.
Bundan əlavə, İDF-nin Şimal Hərbi Dairəsinin bölmələri Suriyada daha 130 hədəfə, o cümlədən reaktiv yaylım atəşi sistemlərinə, artilleriya atəşi mövqelərinə və silah anbarlarına hücum edib.
İsrail donanması Suriyaya məxsus 15 hərbi gəminin yerləşdiyi Əl Bayda və Latakiya limanlarına hücum edib . Hücum nəticəsində 80-190 kilometr uçuş məsafəsinə malik onlarla gəmi əleyhinə raket məhv edilib.
Hüseyn İbadlı