"Napoli"nin hücumçusu Viktor Osimhen "Barselona" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçını buraxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb
Mənbənin sözlərinə görə, müəyyən diskomfort yaşadığı üçün onun ilk oyunda iştirakı sual altındadır. Nigeriya millisinin hücumçusu Afrika kubokundan sonra hələ də İtaliyaya qayıtmayıb.
Bu mövsüm Osimhen neapolluların heyətində bütün yarışlarda 18 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Napoli” və “Barselona” arasında ilk oyun fevralın 21-də keçiriləcək.
Heybət