Laçın şəhərində "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzinin və "İslimi" Xalçaçılıq mərkəzinin açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, "Gilabi Ceramics" Mərkəzidə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə təmin olunacaqlar.
"İslimi" Xalçaçılıq mərkəzində isə Qarabağ xalçaçılıq məktəbinə aid "Qasımuşağı" xalçaları toxunacaq.