29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ Türkiyə-Suriya münasibətlərinin normallaşmasına qarşıdır

17 iyl 2024 10:00
GÜNDƏM
ads

ABŞ Dövlət Departamenti Türkiyə ilə Suriya arasında normallaşma səylərini dəstəkləmədiklərini açıqlayıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə Suriya lideri Bəşər Əsədlə görüşə və münasibətləri normallaşdıra biləcəyini bəyan edib.

Lakin iki ölkə arasında baş verə biləcək mümkün inkişaf ABŞ-ı narahat edib.

"Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşacağına dair məlumatlar görürük. ABŞ bu normallaşma səylərini dəstəkləmir. Siyasi həll olmadan Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Rudav Vaşinqton bildirib.

"Suriya rejimi ilə əlaqəsi olan bütün ölkələri bu əlaqələrdən suriyalıların humanitar, insan haqları və təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq və BMT-nin 4456 saylı qətnaməsinin məqsədlərinə nail olmaq üçün istifadə etməyə çağırdıq”, - deyə o, əlavə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur