Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş yaxın 2-3 ay ərzində üçüncü ölkədə baş tuta bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” mənbələrə istinadən yazır.
Əsəd bazar ertəsi bildirib ki, Suriyanın milli maraqlarına uyğun olarsa, türkiyəli həmkarı ilə görüşə hazırdır.
“Rusiya, Türkiyə, İran və Dəməşq rejimindən ibarət kəşfiyyat kvartetinin toplantısı ötən ilin sentyabrında keçirilməli idi. Lakin Suriyanın ilkin şərtlərinə görə bu görüş baş tutmadı. Bu müddət ərzində, xüsusən də son zamanlarda aktorlardan müsbət siqnallar gəlməyə başladı. Rusiya fəaliyyətə başladı. Bir müddət əvvəl Moskva Ankaraya müraciət etdi və bu ayın sonunda kvartetin görüşünün keçirilməsinə çağırdı”, - nəşr qeyd edib.
Nəşrin məlumatına görə, kəşfiyyat orqanlarının nümayəndələrinin görüşündən sonra XİN rəhbərlərinin görüşü baş tuta bilər.
“Əgər bu iki proses işləsə, liderlərin iki-üç aydan sonra üçüncü ölkədə görüşməsi heç kəs üçün sürpriz olmayacaq”, - qəzet qeyd edir.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi üçün yol xəritəsini müəyyənləşdirirlər.
Əsəd iyunun 26-da Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə Suriyanın Türkiyə ilə münasibətləri ilə bağlı və ölkənin suverenliyinə hörmət əsasında bütün təşəbbüslərə açıq olduğunu bildirib.
Akqabay