“Volvo”nun avtoidman proqramlarında uzun müddətdir tərəfdaşı olan İsveç şirkəti “Cyan Racing”, eyni zamanda “Volvo P1800 Cyan” yol avtomobilləri istehsal edir.
Publika.az xəbər verir ki, bunlar klassik “Volvo P1800” kupesinin restomodlarıdır, lakin restomodlar xüsusidir. Elektron püskürtmə mühərrikləri istisna olmaqla, onlar tamamilə analoqdur. “Volvo P1800 Cyan” tanınmış ustanın İsveçrə saatına bənzəyir: şanlı keçmişdən gələn real, yüksək keyfiyyətli əşyanın unikal cazibəsinə malik ultra dəqiq alət.
Və elə bu günlərdə “Cyan Racing” özünün ən yaxşı təcəssümünü “Volvo P1800 Cyan” şəklində təqdim edib. Şirkətin mütəxəssislərinin fikrincə, tənzimlənən asqıya, bej tonlarında işlənmiş interyerə, dəri ilə örtülmüş boru şəklində titan çərçivəyə və gözəl qızıl və bürünc təkərlərə malik bu “Volvo P1800 Cyan” seriyada ən rahatdır.
Onun turbomühərrikli benzin mühərriki 413 at gücünə malikdir.
Hər hansı bir seriyadan, hətta kiçikdən də söhbət getmir, çünki hər bir avtomobil fərdi olaraq 12 aydan tez istehsal olunmur. Bu nümunə ABŞ-dan olan bir müştəri üçün hazırlanıb və ona 700 min dollara başa gəlib.
Cəmilə