Məşhur aktyor Kıvanç Tatlıtuğun stilist həyat yoldaşı Başak Dizerin idman zalından görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, 47 yaşlı stilist ağırlıq qaldırarkən çəkilən videosunu sosial media hesabında paylaşıb.
Onun bu kadrları maraqla qarşılanıb. İzləyiciləri 47 yaşı olmasına baxmayaraq, ideal formada qalan aktyorun xanımına heyranlıqlarını gizlətməyiblər.
Qeyd edək ki, Tatlıtuğ xanımından 6 yaş kiçik olsa da, bu, onların münasibətlərinə, hətta Başak Dizerin ana olmasına mane olmayıb.