Polis yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Əli Erlikaya məlumat verib.
Onun sözlərinə görə, 30 ünvanda əməliyyat keçirilib.
Saxlanılanlar arasında İslam Dövləti ilə əlaqəsi ola biləcək bir Rusiya və bir Tacikistan vətəndaşı da var.
Qeyd edək ki, yanvarın 28-də Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində iki maskalı silahlının ayin zamanı atəş açması nəticəsində 1 Türkiyə vətəndaşı həlak olub.
Cəmilə