Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.
Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.
Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.