29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Makron şübhələri dağıtmaq üçün o çayda çiməcək

20 iyl 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Fransa prezidenti Emmanuel Makron Sena çayında üzmək niyyətindədir. Lakin bunu Parisdə keçiriləcək Olimpiya Oyunları başlamazdan əvvəl etməyəcək. Hələlik tarix müəyyən edilməyib.

Publika.az xəbər verir ki, bu barədə Yelisey Sarayından bildiriblər.

Bundan əvvəl Makron triatlon və açıq suda üzgüçülük yarışlarının keçiriləcəyi çayda suyun keyfiyyətinə dair şübhələri aradan qaldırmaq üçün Sena çayında üzgüçülük təşkil edəcəyinə söz vermişdi. Bu yaxınlarda Parisin meri Ann Hidalqo və Fransanın idman naziri Amelie Oudea-Kastera Sena çayında üzüblər.

Son təhlillərə görə, iyulun 10-dan 16-dək suyun keyfiyyəti yeddi gündən altısında sanitar normalara cavab verib.

Qeyd edək ki, Fransa paytaxtında Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur