Türkiyədə qadın keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.
Publika.az "Karar.com"a istinadən xəbər verir ki, hadisə dünən saat 22:00 radələrində Sakaryanın Adapazar rayonun baş verib.
İlkin məlumata görə, qadının adı məlum olmayan keçmiş sevgilisi tapança ilə avtomobilə atəş açıb. Nəticədə qadın və onun qardaşı ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdiriən qardaş və bacının səhhətinin ağır olduğu bildirilir.
Polis qaçan şübhəlinin tutulması üçün araşdırma aparır.