04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Keçmiş nazir Almaniyaya getdi, ara qarışdı

11 mar 2024 10:00
GÜNDƏM
ads

Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili Ukrayna nümayəndə heyətinin tərkibində Almaniya parlamentinə səfər etdiyi üçün Gürcüstan hökuməti Almaniya və Avropa İttifaqını tənqid edib.

Publika.az xəbər verir ki, hökumətin yaydığı bəyanatda, hakimiyyət orqanları Berlin və Brüsseli qanunun aliliyi dəyərlərinə xələl gətirməkdə ittiham edib.

“Zurab Adeişvili uzun illər demokratiya prinsiplərini tapdalayan repressiv rejimin yaradıcılarından biri olub. Keçmiş ədliyyə nazirinin Avropa İttifaqında və Almaniyada qəbulu Avropa bürokratiyasının qanunun aliliyi ideyasına sadiqliyi sarsıdır”, - bəyanatda vurğulanıb.

Hökumət səfərdən narahatlığını bildirib və belə bir siyasətə görə respublikada anti-Avropa əhval-ruhiyyəsinin artmasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Adeişvili 2015-ci ildən Ukraynada baş prokurorun müşaviri vəzifəsini icra edib. Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin hökumətində işlədiyinə görə ona qarşı bir neçə cinayət işi başlanıb.

Keçmiş ədliyyə nazirinin martın 11-də Almaniyaya səfəri səbəbindən Gürcüstan Nazirlər Kabineti də Ukraynanı tənqid edib. Respublika hökumətinin mövqeyinə görə, Kiyev gürcü xalqına qarşı qeyri-dost siyasət yürüdür.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur