02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Keçmiş əri azərbaycanlı qadını Finlandiyada ÖLDÜRDÜ

02 sen 2025 00:00
GÜNDƏM
ads

Finlandiyanın Espoo şəhərində 30 yaşlı azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

 

Qutb.az xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay "Facebook" hesabında yazıb.

 

Adı açıqlanmayan qadının iki uşaq anası olduğu bildirilir.

 

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb və qadın amansızlıqla qətlə yetirilib.

 

"Hadisə günü mərhumun bacısı Rusiyadan mənimlə əlaqə yaradaraq yardım istəyib. Biz də Finlandiya Azərbaycanlıları Assosiasiyası rəhbərləri olaraq üzərimizə düşən vəzifəmizi yerinə yetirdik, ilk işimiz İsveçdəki Azərbaycan səfiri ilə əlaqə yaradaraq, hadisə haqqında təlimat verdik. O, dərhal hadisəni nəzarətə götürüb. Bizimlə 29.08.2025 tarixindən etibarən mütəmadi olaraq əlaqədədir. Biz də həmin gündən bu günə qədər mərhumənin qohumlarının Espoo şəhər polisi, rus səfirliyi, işi aparan müstəntiq ilə əlaqə qurmaları üçün lazım olan şəraiti yaratmışıq. Mərhumənin qohumları bu işlə əlaqədar olan şəxslərlə artıq əlaqə qurublar. İndi isə mərhumənin qohumlarını Rusiyadakı Finlandiya səfirliyinə yönəltmişik ki, ekstra viza ala bilsinlər", - o qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur