Krasnoyarsk diyarında Kaps dənizinin Yenisey körfəzinin sularında gəmi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun Teleqram kanalında məlumat verilib. Departament aydınlaşdırıb ki, söhbət “SP Terminal” şirkətinə məxsus “Baykal” yedək gəmisindən gedir.
Gəmi iyunun 4-də yerli vaxtla saat 20.00 radələrində buzun sıxılması nəticəsində çevrilib. Yedək gəmisinin göyərtəsində doqquz nəfərdən ibarət ekipaj olub.
Səkkiz ekipaj üzvü “Vladivostok” buzqıran gəmisinə təxliyə edilib, biri itkin düşmüş hesab olunur, fövqəladə hadisə yerində xilasetmə tədbirləri davam etdirilir”, - məlumatda deyilir.
Norilsk Nəqliyyat Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Tural