29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kiber Təhlükəsizlik üzrə cari vəziyyət və qarşıdakı illər üçün inkişaf perspektivləri

21 dek 2022 19:06
İQTİSADİYYAT
Özəl xəbər
ads
Advertisement

Bu gün ki, müsahibimiz Kiber Təhlükəsizlik üzrə peşəkar olan Azər Əlilidir. Müsahibimizlə apardığımız maraqlı müsahibəyə keçməzdən əvvəl Azər Əlilini daha yaxından tanıyaq.
Azər Əlili 15 ildən çoxdur ki, İnformasiya Təhlükəsizliyi sahəsi üzrə regionumuzda əsas söz sahibidir. Ötən dövr ərzində öz təcrübəsi ilə ölkəmizdə kiber təhlükəsizliyin qurulmasında və inkişaf etdirilməsində müstəsna xidmətləri olmuş Azər bəy, beynəlxalq arenada da sahəsi üzrə regiounun təmsilçisi kimi tanınır.

İlk olaraq müsahibimizdən Kiber Təhlükəsizlik üzrə cari vəziyyət və qarşıdakı illər üçün inkişaf perspektivlərindən danışmasını xahiş etdik:

Son illərdə ölkəmizdə həm dövlət, həm də ki özəl sektorda Kiber Təhlükəsizlik sahəsinin vacibliyi vurğulanır və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanılıb. İllər öncə Kiber Təhlükəsizlik müəyyən fərdlərdən ibarət idisə, bugün artıq Kiber Təhlükəsizlik komandaları mövcuddur. Və sevindirici haldır ki, bu komandalardakı əməkdaşlar sahə üzrə qabaqcıl bilik və sertifikatlara malikdir və daim inkişaf edirlər.
Mətbuatda son dövrlərdə ölkəmizi beynəlxalq arenada təmsil etməyiniz xeyli maraq doğurdu. Bu tədbirlər ilə bağlı biraz məlumat verə bilərsizmi?

Bəli, analoji olaraq hər il bir neçə dəfə dəfə bu kimi tədbirlər fərqli şəhərlərdə keçirilərək Kiber Təhlükəsizlik kommunitisinin genişlənməsinə və yeni inkişaf yollarının axtarılmasına xidmət edir. Biz bu tədbirlərdə həm ölkəmizdə aparılan işlər və bu sahədəki potensialı dünya miqyasına çatdırır, həmçinin də dünya təcrübəsini öyrənərək ölkəmiz üçün yeni inkanları araşdırmağa çalışırıq. Son iki tədbirdə xüsusilə son vətən müharibəsi zamanı ölkəmizin Kiber Təhlükəsizlik sahəsində apardığı genişmiqyaslı tədbirlərdən, həlli üsullarından müzakirələr apardıq. Londanda keçirilən “TechEx Global Cybersecurity and Cloud Expo 2022 və Abu Dabidə keçirilən Beynəlxalq Milli Təhlükəsizlik və Davamlılıq Sərgisi zamanı kiçik çıxışım zamanı yanaşdığım nəzəriyyələr Böyük Britaniya Beynəlxalq Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Müdafiə və Kibertəhlükəsizlik Departamentinin səfirinin  diqqətini cəlb etdi və yaxın aylarda ayrıca bir görüş keçirərək ətraflı müzakirəsini planlayırıq
Bir azda gələcək planlarınız haqqında eşitmək maraqlı olardı?

Ölkəmizdə  bu sahənin son illərdə inkişafı qururvericidir amma hələ çox görəcəyimiz işlər var. Daha əvvəllər komandamda mənimlə işləmiş əməkdaşlar ölkəmizdə və ölkəmizdən kənarda bir çox qabaqcıl şirkətlərdə çalışaraq bir növ mənə bu sahədə işlərimi dəvam etdirməkdə həvəs verirlər. Fikrimiz Kiber Təhlükəsizlik sahəsi üzrə Azərbaycan kommunitisi qurmaq və ölkəmizi bu sahədə dünya üzrə qabaqcıl yerlərə aparmaqdır. Çox yaxın gələcəkdə artıq Kiber Təhlükəsizlik sahəsində daxili bazarımızda ölkəmizin istedadlı gəncləri tərəfindən yaradılmış yeni həllərin və startupların şahidi olacaqsınız. Biz həm də paralel olaraq bu idayaların inkişaf etdirilməsi və Kiber Təhlükəsizlik startupları üçün investisiya mühitinin formalaşdırılması istiqamətində də çalışırıq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
1 il əvvəl
@Guest
Tebrikler. Ugurlar
2 il əvvəl
@Sadıq
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur