Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana qarşı dediyi sözlərə görə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində təhqir ittihamı ilə məhkəmə iddiası qaldırılıb.
Publika.az xəbər verir ki, Bilik Yayma Vəqfi Himayəçilik Şurasının sədri, TÜGVA-nın Yüksək Məsləhət Şurasının üzvü Bilal Ərdoğan vəkili vasitəsilə Baş prokurorluğa müraciət edib. O, Kamal Kılıçdaroğlunun 18 yanvar 2014-cü ildə Amasyanın Taşova rayonunda keçirilən mitinqdəki çıxışında onu təhqir etdiyini bildirib.
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan və məhkəmə tərəfindən qəbul edilən iddianamədə tərəflərin razılığa gəlmədiyi bildirilib.
Kılıçdaroğlunun 3 aydan 2 ilə qədər həbs cəzası ala biləcəyi deyilir.
Roza Şəfiyeva