Fransanın yeni təyin olunmuş mədəniyyət naziri Raşida Datinin Respublikaçılar (LR) partiyasından xaric edildiyi bildirilir.
Publika.az xəbər verir ki, LR Partiyasının sədri Erik Ciotti partiyalarının müxalifətdə olduğunu və Datinin seçiminə qarşı lazımi nəticə çıxardıqlarını vurğulayıb:
"Rşida Dati hökumətə girməyi seçdi. O, özünü siyasi ailəmizdən kənarda tutur".
Qeyd edək ki, Dati keçmiş prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsini icra edib.
Roza Şəfiyeva