Sultan Əbdüləziz tərəfindən 1862-ci ildə Cape Malay müsəlmanlarına dini xidmət göstərmək üçün Cənubi Afrikaya göndərilən Osmanlı İslam alimi Əbubəkir Əfəndinin nəslindən olan Kamal Əfəndi vəfat edib.
QÜTB.AZ xəbər verir ki, xəstəliyi səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişən Kamal Əfəndinin cənazəsi Keyptaundakı Movbray müsəlman qəbiristanlığında dəfn edilib.
Kamal Əfəndinin ailəsi və Türkiyə vətəndaşlarının iştirakı ilə keçirilən dəfn mərasimində Türkiyənin Keyptaundakı baş konsulu Sinan Yeşildağ da iştirak edib.
Qeyd edək ki, Əbubəkir Əfəndi təxminən 17 il Cənubi Afrikada xidmət edib. Türkiyə ilə Cənubi Afrika arasında tarixi bağ quran Əbubəkir Əfəndi 1880-ci ildə Keyptaunda vəfat edib. Burada geniş bir mədəni irs qoyub.
Publika///