Rusiyada Rostov-na-Don sakini qızını zorlamaqda və nəvəsinə nalayiq hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Komsomolskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Şübhəli şəxs ilk dəfə qızını səkkiz yaşında olanda zorlayıb.
Bundan sonra uşaq yeddi il sistematik şəkildə zorakılığa məruz qaldı. Qadının özünün dediyi kimi, anası hər şeyi bilsə də, onu valideynindən qorumayıb.
Böyük nəvə babasının ona təcavüz etdiyini də etiraf edib.
52 yaşlı kişiyə qarşı cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilərsə, Rostov sakinini iyirmi ilə qədər həbs gözləyir.
Milli.Az