Komi Respublikasında yerləşən Uxta şəhərində neft emalı zavodunda yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadlayazır.
Belə ki, iyunun 2-də Uxta şəhərində neft emalı zavodunun ərazisində yanğın baş verib. Komi Respublikası hökumətinin məlumatına görə, yanğın tanklardan birini əhatə edib.
Regionun qubernatoru Vladimir Uybanın deyib ki, hadisənin Ukrayna pilotsuz təyyarələrinin hücumu ilə heç bir əlaqəsi yoxdur.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi qeyd edib ki, həmin gün müəssisədə planlaşdırılmış texniki işlər aparılıb. Onları podratçı təşkilat həyata keçirib, yanğın nəticəsində üç əməkdaşı ağır xəsarət alıb.
Rostexnadzorun məlumtına görə, yaralılardan birinin vəziyyəti hazırda ağırdır. Onun həmkarlarını xilas etmək mümkün olmayıb.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəisi Aleksey Parxomoviç yanğına dördüncü mürəkkəblik dərəcəsi verildiyini açıqlayıb. Ümumilikdə yanğının söndürülməsinə 129 mütəxəssis və 35 texnika cəlb olunub.
"Saat 19:30-da yanğın söndürülüb", - FHN-nin son məlumatda deyilir.
Hüseyn İbadlı