İsraildə hərbi sosiologiya sahəsindəki fəaliyyəti ilə tanınan professor Yaqil Levi İsrail əsgərlərinin Qəzza zolağındakı davranışları ilə qanunsuz quldurlara çevrilə biləcəkləri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Levi bir məqaləsində İsrail əsgərlərinin sosial mediada yer alan videolarının Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı açdığı soyqırım iddiasında sübut kimi göstərildiyini xatırladıb.
Levi İsrail əsgərlərinin sosial mediadan istifadə edərək öz rəhbərlərinə və siyasi liderliyə qarşı çıxdıqlarını ifadə edib:
“Bu, atəşkəs əleyhinə mesajlar verən, Ali Ədalət Məhkəməsinin administrasiyasına hücum edən, qəzzalılara yemək verməkdən imtina edən, hava qüvvələrinə qoyulan məhdudiyyəti tənqid edən və Qəzzada günahsızların olmadığını iddia edən İsrail əsgərlərinin birbaşa çağırışıdır”.
İsrail əsgərlərinin bu cür davranışlarının vəzifəli əsgərlərin qaydalara itaət etməməsi nəticəsində ortaya çıxdığını deyən Levi bu hadisələrin son 20 ildə artdığına işarə edib:
“Qanunsuz qanqsterlər"ə çevrilən əsgərlər müharibədən sonra reabilitasiya edilməli olacaq”.
Roza Şəfiyeva