İsrailin maliyyə nazirinin əmisi oğlu döyüşlərdə həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Məlumata görə, 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb. O, İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub.
Qeyd edək ki, Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail ordusunun 248 hərbi qulluqçusu həlak olub.