İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb beynəlxalq hava limanının kənarında, eyniadlı şəhərətrafı ərazilərə raket zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə Əl-Hədas telekanalı məlumat yayıb .
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumu Aralıq dənizindən həyata keçirilib.
Qırıcılar Hələb beynəlxalq hava limanında iranyönlü silahlı birləşmələrin mövqelərinə raket zərbələri endirib.
Digər təfərrüatlar vaçıqlanmır.
Hüseyn İbadlı