“Mançester Yunayted”lə 2017-ci ildə Avropa Liqasının qalibi olmuş müdafiəçi Erik Bayi “Beşiktaş”dan ayrılıb.
Publika.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib.
Qeyd edək ki, Beyi bu il sentyabrın əvvəlində “Marsel”dən “Beşiktaş”a keçib. Bundan sonra İstanbulda çıxış etdiyi dörd ay ərzində o, “qartallar”ın heyətində bütün turnirlərdə (537 dəqiqə oyun vaxtı) səkkiz oyun keçirib və qol vurmayıb.
Xatırladaq ki, noyabrın əvvəlində Türkiyə çempionatının “Antalyaspor”la oyunundan sonra Bayi komanda yoldaşı Tayfur Bingöllə münaqişə yaşamışdı. Bundan sonra Erik meydanda cəmi iki matçda – Konfrans Liqasında “Bodo-Qlimt” (1:2) və Superliqada “Fənərbaxça” (1:3) ilə qarşılaşmada meydana çıxıb.