İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah" qruplaşmasının maliyyə obyektlərinə hücum edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
"İsrail Hərbi Hava Qüvvələri Beyrut, Sidon, Tire və Bekaa ərazilərində Hizbullahın maliyyə idarəçiliyi və sistemlərinin tərkib hissəsi olan doqquz terrorçu hədəfə kəşfiyyat zərbələri endirib", - məlumatda qeyd edilib.
Departamentdən bildirilib ki, hücum əvvəlki hücumların davamıdır. Hədəflər anbar, maliyyə qurumunun filialları və "Hizbullah"ın hərbi fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən valyutadəyişmə məntəqəsi olub.
Xatırladaq ki, İsrail Livanla atəşkəs sazişi imzalayıb. O, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da qüvvəyə minəcək.
Hüseyn İbadlı