Almaniyadan olan tədqiqatçılar İsa Məsihin uşaqlıq həyatından bəhs edən ən qədim əlyazmanı deşifrə ediblər.
Publika.az xəbər verir ki, papirus əlyazması 1600 ildən çox əvvələ - təxminən 4-5-ci əsrlərə aiddir.
Sənəd Almaniyanın Hamburq şəhərindəki bir kitabxanada saxlanılıb, lakin heç kim onun əhəmiyyətinin fərqinə varmayıb.
Professor və əlyazmanı deşifrə edən tədqiqatçılardan biri Lajos Berkes bildirib ki, əlyazma İncildə yer almayan apokriflər kitabı olan Tomas İncilinin fraqmentidir.
Əlyazma İsanın uşaqlıq həyatı haqqında ətraflı məlumat verir. Sənəddə oxuna bilməyən əl yazısı bunu deməyə əsas verir ki, əlyazma monastırda və ya məktəbdə yazı dərsi zamanı yazılıb.
Əlyazmada cəmi bir neçə söz olsa da, tədqiqatçılar bunun “sərçələrin canlanması”nın apokrifik hekayəsinin təkrar izahı olduğunu müəyyən edə biliblər.
“İsa axan çayın kənarında oynayır və palçıqda tapdığı yumşaq gildən on iki sərçə düzəldir. Atası Yusif onu danlayanda və müqəddəs şənbə günü niyə belə şeylər etdiyini soruşduqda, beş yaşlı İsa əl çalır və gil heykəlcikləri canlandırır”, - professor deşifrə olunmuş əlyazmadan bir parçanı nəql edib.
Cəmilə