Çexiya hökuməti Ukraynaya daha bir hərbi yardımın göndərilməsini təsdiqləyib.
Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yana Çernoxova bildirib.
Nazir yardımın ağır hərbi texnika, atıcı silah və sursatdan ibarət olacağını qeyd edib. Təhlükəsizlik baxımından başqa təfərrüatlar açıqlanmır.
Fevralın 24-dən Çexiya Ukraynaya ümumilikdə 47 milyard kron (təxminən 2 milyard avro) məbləğində hərbi yardım göndərib.
Çexiya Ukraynaya hərbi yardımın miqyasına görə ilk beş dövlət arasındadır.