2024-cü ilin yanvar-noyabr ayları arasında dünya üzrə 117 663 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub və onlardan 263-ü dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının aylıq hesabatında bildirilib.
Məlumata görə, yoluxma hallarının əksəriyyəti - 71,2%-i Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikası (KDR), Burundi və Uqandada qeydə alınıb.
Avstraliyadan da çoxlu sayda xəstəliyə dair təsdiqlənmiş xəbərlər gəlməyə davam edir.