İsrail və Almaniya mətbuatında ABŞ dövlət katibi Antoni Blinkenin keçən həftə İsrailin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun yaxın günlərdə İsrailə silah tədarükünə qoyulan bütün məhdudiyyətləri aradan qaldıracağına söz verdiyinə dair təsdiqlənməmiş xəbərlər yer alıb.
Publika.az xəbər verir ki, məhz bu xəbərdən sonra Netanyahu Blinkenin onu bu mövzuda əmin etdiyini bildirib.
“Dövlət katibi Blinken bu yaxınlarda İsraildə olarkən səmimi söhbət etdik və dedim ki, müharibənin əvvəlindən ABŞ-ın İsrailə göstərdiyi dəstəyi dərindən qiymətləndirirəm. Qeyd etdim ki, son bir neçə ayda İsrailə silah və sursatın verilməməsi inanılmazdır. Katib Blinken məni əmin etdi ki, administrasiya bu maneələri aradan qaldırmaq üçün gecə-gündüz çalışır. Əlbəttə ümid edirəm ki, bu belə olmalıdır”, deyə İsrailin baş naziri əlavə edib.
Onun fikrincə, ABŞ silahlarının sayının artırılması müharibənin daha tez başa çatmasına kömək edəcək. Buna xüsusən də sərt seçki mübarizəsi ərəfəsində ABŞ prezidenti Co Bayden nail olmaq istəyir.
Cəmilə