İranın Şimali Xorosan əyalətində ard-arda 2 zəlzələ baş verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələlər 4,7 və 4,1 bal gücündə olub.
Bojnurdda qeydə alınan təkanlar dağıntılara səbəb olub. Nəticədə 7 nəfər yüngül xəsarət alıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.