Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.
Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.
“Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.
Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
QÜTB.AZ oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.
Onların gəlinin bibiləri olduğu bildirilib.
Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.
Faktla bağlı araşdırma aparılır.