İranda başı açıq şəkildə foto paylaşan qadına 74 şallaq və pul cəzası verilib.
Publika.az xəbər verir ki, Röya Həşməti adlı qadın keçən may ayında paytaxt Tehranın küçələrində başı və qolları açıq çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb.
Həşmətiyə qarşı ictimai əxlaqı pozmaq və xaricdəki qruplardan pul almaq ittihamları ilə iddia qaldırılıb. O, ümumilikdə 9 il həbs, 11 milyon 250 min tümən cərimə və 148 şallaq cəzasına məhkum edilib.
Vəkilin etirazı ilə cəza 1 milyon 250 min pul cəriməsi və 74 şallaq zərbəsinə endirilib.
Roza