29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qalmaqallı qərar: Fələstinli əsirlərin yeməyini azaltmayan məmur işdən çıxarıldı

02 yan 2024 13:00
GÜNDƏM
ads
Advertisement

İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli məhbusların yeməklərini azaltmayan həbsxana rəsmisi ilə müqavilə müddətini uzatmayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Ben-Qvir sosial mediada daha bir qalmaqallı açıqlama verib.

Nazir fələstinli məhbuslara verilən gündəlik menyunu göstərən görüntünü də paylaşıb.

O israilli girovlara gündə yarım pide verildiyini iddia edib:

"Mənim aydın göstərişlərimə məhəl qoymayan hər kəs öz yerində qalmağa layiq deyil", - o deyib.

İfrat sağçı nazir sosial media hesabında həbs etdikləri fələstinlilərə İsrail himninin sədaları altında işgəncə verdiklərini etiraf etmişdi.

İsrail həbsxanasında bir fələstinli məhbus həyatını itirib. 2022-ci ildə həbs olunan məhkumun kimliyi açıqlanmayıb. Bildirilib ki, ölümün səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Aysel


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur