ABŞ müasir tarixin ən aqressiv dövlətidir.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
O vurğulayıb ki, Amerika dövlətinin bütün mövcudluğu ərzində gücdən istifadə etməklə suveren ölkələrə qarşı 800-dən çox aksiya təşkil edilib. Bundan əlavə, ABŞ 100-dən çox silahlı münaqişədə fəal iştirak edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin əlavə edib ki, Vaşinqton daima dünyanın digər ölkələrinin daxili işlərinə qarışır. Onun sözlərinə görə, 1945-ci ildən bəri ABŞ dövlət çevrilişləri təşkil etməklə, iğtişaşlar yaratmaqla və bu prosesə təsir göstərməklə 150 dəfədən çox dövlətlərin suverenliyini pozub.
Cəmilə