İsveç alimləri insanın beyin toxumasından hazırlanmış dünyanın ilk canlı kompüterini istehsal ediblər.
Publika.az xəbər verir ki, normal kompüter çipi kimi məlumat mübadiləsi aparan canlı kompüterin dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.
Laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir. Yeni texnologiyada neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.
Bu texnologiya nəyin mümkün olduğuna dair təsəvvürlərimizə meydan oxuyur. Eyni zamanda süni intellektin gələcəyi və bəşəriyyətin texnologiya ilə əlaqəsi haqqında dərin suallar yaradır.
Roza