Baş rolunu Yılmaz Ərdoğanın canlandırdığı "İnci taneleri" serialına yeni aktyorlar daxil olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində daha iki məşhur sima - Səlim Erdoğan və Bəkir Aksoy rol alacaq.
Səlim Erdoğan "Reyyaz", Bəkir Aksoy isə "Cenk" obrazına həyat verəcək.
Qeyd edək ki, senarisini də Yılmaz Ərdoğanın yazdığı seriala Hazar Ergüçlü, Kubilay Aka, Selma Ergeç kimi məşhurlar çəkilir.