Sumqayıtda qətl hadisəsi törədilib.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Həsənəli Əli oğlu Quliyev yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.
Hadisənin kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.