Məşhur astroloq və yazıçı Nuray Sayarı gündəmi silkələyən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o bunları qonaq olduğu "Beyaz" TV-nin “Həyatda hər şey” proqramında deyib.
Astroloqun sözlərinə görə, yeraltı möcüzələr üzə çıxa bilər:
“Türkiyənin gələcəyi dəyişəcək, yeraltı möcüzələr baş verə bilər. Bir sıra xəzinələr tapılacaq. Astroloji sirlərin pərdəsi açılacaq. 20-30 sentyabr tarixlərində Türkiyədən sensasion xəbərlər eşidəcəyik. Yerdən ya qızıl, ya da neft çıxacaq. Bir sözlə, bu tarixlər arasında Türkiyə çox zənginləşəcək. Bütün dünyanın gözü bizim ölkədə olacaq. Bu tarixlər çox zəngin dövrdür”.
Aysel Şahmar