Seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə 1 əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, seçki ilə bağlı fəaliyyət aktivləşib: "Artıq bəzi dairələrin tərkibində məntəqələrdə müəyyən dəyişikliyə və yeni seçki məntəqələrinin yaradılmasına zərurət yaranıb".