Yeni Zelandiyada 5,2 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata görə, zəlzələ iyulun 3-də yerli vaxtla saat 23:20-də Kermadek ada qövsünün cənubunda baş verib.
Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hoks Bey şəhərindən 461 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mərkəz daha bir zəlzələ barədə məlumat yayıb. Bildirilib ki, Çilidə 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 70 km cənub-şərqdə, zəlzələ ocağı 105 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.