02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İki ölkə Ukraynaya PUA tədarükü üçün tender elan etdi

04 iyn 2024 00:00
GÜNDƏM
ads

Böyük Britaniya və Latviya Ukraynaya FPV tipli pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün tenderlər açıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.

Qeyd olunur ki, PUA-lar Ukraynanı pilotsuz uçuş aparatları ilə təmin etmək üzrə 2024-cü ilin fevralında yaradılmış və Böyük Britaniya ilə Latviyanın birgə rəhbərlik etdiyi Koalisiya çərçivəsində alınacaq.

“Müsabiqənin məqsədi Qərb sənayesinin potensialından istifadə etməklə münasib qiymətə pilotsuz uçan aparatların geniş miqyaslı istehsalıdır”, - məlumatda bildirilir.

Təşkilatçılar “PUA yarışları” keçirmək və bundan sonra isə ən uğurlu şirkətlər ilə təchizat müqavilələri bağlamaq niyyətindədirlər.

Hazırda koalisiya üzvləri sırasında Böyük Britaniya, Latviya, Avstraliya, Kanada, Danimarka, Estoniya, Almaniya, Litva, Niderland, Polşa, İsveç və Ukrayna var.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur