04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Aynur Camalqızı: "Bunu klassik senzura kimi başa düşmək olmaz"

07 fev 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda hərbı vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir. Bununla bağlı milli məclisin mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Milli Məclisin mədəniyyət komitəsinin üzvü Əflatun Amaşov qanuna əlavəni Real TV-yə şərh edərkən bildirib ki, hərbi vəziyyət dövründə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrınə xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər. Əflatun Amaşov zərurət yarandığı təqdirdə ərazidə kütləvi informasiya vasitələrinin nəzarət məsləsinə də aydınlıq gətirdi. Komitə üzvünün sözlərinə görə, bununla bağlı artıq məsələ müzakirə də edilib.

Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalıqızı isə deyir ki, qanuna əlavəni çox adam klassik senzura kimi başa düşür. Əslində isə bu belə deyil. Bu gün dünyanın bütün sivil ölkələrində bu qanun var. Qanuna əlavə təhlükəsiziliyin təmin edilməsi istiqamətində atılmış addımdır.

Bloger Həmid Həmidov isə deyir ki, ilk növbədə Müdafiə Nazirliyi bütün bloger və digər bu sahə üzrə işləyən şəxsləri marifləndirməlidir. Əks təqdirdə hər hansısa bir informasiya internet vasitəsi ilə yayıla bilər.

"Aprel döyüşlərində bəzi kütləvi informasiya vasitələrinin yaydığı dezinoformasiyalar bir daha sübüt etdi ki müharibə şəraitində mütləq senzura tədbiq edilməlidir". Bunu isə Real TV-yə APA holdinqin rəhbəri Vüsalə Mahirqızı deyib. Onun sözlərinə görə nəzarət olmasa yayılan informasiyalar istər hərbi sirrlərin istərsə də təhlükəsizlik prinsiplərinin təxribat xarakterinə çevrilməsinə səbəb ola bilər.

Qeyd edək ki, Milli Məclis komitəsində müzakirəyə çıxarılan KİV haqqında qanuna əlavənin müzakirəsi parlamentin plenar ıclasına tövsiyə olunub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur