Türkiyənin Kayseri şəhərinin Yeşilhisar rayonunda şagirdləri daşıyan xidməti mikroavtobus qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, əlverişsiz hava səbəbilə mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə 10 nəfər yaralanıb. Yeşilhisar Dövlət Xəstaxanasına yerləşdirilmiş yaralıların durumu yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.