Bir müddətdir İranın bir neçə əyalətində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan danq qızdırması Ərdəbil əyalətinin Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Biləsuvar rayonuna da çatıb.
Publika.az xəbər verir ki, bu barədə Biləsuvarın fərmandarı Sahibəli Əsgəri deyib.
O, qızdırmaya yoluxanlarla bağlı konkret açıqlama verməsə də, xəstəliyə səbəb olan aedes ağcaqanadları ilə mübarizə tədbirlərinə başlanıldığını söyləyib.
Yerli ekspertlər qızdırmanın Ərdəbil əyalətində də yayıldığını, əlaqədar dövlət qurumlarının bunu gizləməyə çalışdırlarını bildiriblər./Axar.az