"İnter"in sabiq yarımmüdafiəçisi Arturo Vidal Milan klubunun futbolçusu Henrix Mxitaryanın oyunu haqda mənfi fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, o, "neradzurri"nin əsas heyətində 34 yaşlı erməninin yox, həmyerlisi Aleksis Sançesin oynamalı olduğunu bildirib:
“Niyə Aleksis deyil, o oynayır? Henrik necə ondan yaxşı ola bilər? Özümü öldürmək istəyirəm!”
Bu mövsüm Mxitaryan İtaliya çempionatında "İnter"in heyətində 19 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Sançes isə 8 oyunda heç nə ilə yadda qalmayıb.
Heybət