İbrahim Tatlısəs yeni doğulan əkiz nəvələri üçün izləyicilərindən dua istəyib.
Publika.az xəbər verir ki, İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs 2021-ci ildə Yasemin Şefkatlı ilə evlənib. Yanvarın 22-də cütlüyün əkiz körpələri İbrahim Ayel və Sinan Emir dünyaya gəlib.
Əkizlərdən birinin ürəyində problem olduğunu deyən İbrahim Tatlısəs izləyicilərinə müraciət edib:
"Balaca Tatlısesimiz üçün hər kəsdən dua istəyirəm. Əkizlərdən birinin ürəyində problem var. İnşAllah dualarınızla balaca Tatlısəsin işi asanlaşar. Allah onu bizə çox görməsin. Amin. Dua edən hər kəsdən Allah razı olsun”.
İdo Tatlısəs fotolara muncuq emojisi əlavə edərək əkizlərin ilk fotosunu paylaşıb.
Roza Şəfiyeva