Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sulfanol zavodunda bədbəxt hadisə baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, müəssisədə fəhlə işləyən 1996-cı il təvəllüdlü Elşən Quliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az