Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfərə gəlib.
Publika.az xəbər verir ki, M.Abbası hava limanında Türkiyənin bir sıra rəsmi şəxsləri, eləcə də ərəb dövlətlərinin bu ölkədə akkreditə olunmuş səfirləri qarşılayıblar.
Üç günlük səfər zamanı Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi zonasında, o cümlədən Qəzza zolağında vəziyyət olacaq.
***
20:12
Fələstin Prezidenti Mahmud Abbas sabah Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında danışıb.
“Misir həm yaralıların ölkəmizə təhvil verilməsində, həm də Qəzzaya göndərdiyimiz humanitar yardımın çatdırılmasında ciddi dəstək verdi. Sabah bu məsələləri müzakirə etmək üçün Fələstin Prezidenti Mahmud Abbası ölkəmizdə qonaq edəcəyik”, - o bildirib.