26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Tələbənin sosial kredit alması üçün bal tələbi YOXDUR - RƏSMİ

26 iyl 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.

2025–2026-cı tədris ilinin payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət dövrü 24 iyul tarixindən etibarən //e-ttkf.edu.az/ portalında açıq elan olunub.

Tələbələr qeyd olunan tarixdən başlayaraq e-ttkf.edu.az portalına daxil olmaqla TTKF xidmətlərindən yararlana bilərlər.

Magistratura səviyyəsinə qəbul olan tələbələr üçün təhsil tələbə krediti növündən asılı olaraq bal tələbləri dəyişir.

Belə ki, standart növ təhsil tələbə krediti üzrə minimum bal həddi 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə 30 bal nəzərdə tutulur.

“Sosial növ təhsil tələbə kreditində isə bal tələbi yoxdur”.

Bu barədə Tələbə Təhsil Krediti Fondundan Qutb.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, burada tələbənin və ya valideynin sosial statusu əsas götürülür.

Əlavə olaraq, əgər tələbə sosial meyarlara cavab vermirsə, o zaman standart kreditə müraciət etməklə 50 bal (30 bal) tələbinə uyğun gəlməlidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur