UEFA bu yay keçiriləcək Avropa çempionatı ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, UEFA təhlükəsizliyin təşkilatçılar üçün əsas prioritet olacağını bildirib. Qurum həmçinin qeyd edib ki, layiqli təhlükəsizlik mexanizmlərinin işlənib hazırlanması üçün Almaniya hakimiyyəti və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər:
“2024-cü il Avropa çempionatında təhlükəsizlik UEFA və Almaniya hakimiyyəti üçün əsas prioritetdir. Buna görə də qurumumuz bütün turnir iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün müvafiq və etibarlı mexanizmlər hazırlamaq üçün müvafiq orqanlar və tərəfdaşlarla sıx əməkdaşlıq edir. Əminik ki, bütün lazımi tədbirlər görüləcək”.
Bəzi mənbələr UEFA-nın bir sıra ölkələrdə, xüsusi ilə Yay Olimpiya Oyunlarına ev sahiblik edəcək Fransada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilməsindən sonra belə açıqlama yaymaq məcburiyyətində qaldığını bidirib.
Xatırladaq ki, Avro-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.
Heybət